понедельник, 7 мая 2012 г.

"24 Kadr" verilişi (17.04.12)

CTV-də yayımlanan, filmlərlə bağlı veriliş. Üçüncü verilişdə yarışmada, 4 tamaşaçı iştirak etdi. Cəlilabad rayonundan qoşulan Elsevər, "Romeo mənim qonşumdur" filmindən fraqment görüncə, telefon dəstəni əlindən düşdü J İkinci tamaşaçımız olan Leyla xanım, normal olan vəziyyətini,fraqmenti doğru taparaq,daha yaxşı etmək istəyirdi. 

Ancaq qarşısına çıxan epizodun hətta hansı filmdən olduğunu belə tapa bilmədi. "Axırıncı aşırım"ı "Yeddi oğul istərəm"lə səhv salan xanım tamaşaçımız da,şansını itirmiş oldu. Artıq daimi tamaşaçı statusu qazanmış Rasim bəy isə,nəhayət tilsimi qıra bildi. "Nəsimi" filmindən olan fraqmenti,tam doğru səsləndirməsə də,kömək sayəsində söhbətin nədən getdiyini izah etdi.İkinci mərhələyə getməyən tamaşaçımız,bunu növbəti verilişə saxladı. Sonuncu tamaşaçımız olan, Ələddin bəy də, müsabiqəni məğlub tərk etdi. Aparıcının sözünə uyan tamaşaçımız  "Böyük Dayaq" filminə yeni dialoq əlavə etməyə cəhd göstərdi J Beləliklə 3-cü veriliş də sona çatdı. Cəmi bir qalibimiz olsa da,veriliş əvvəlki verilişlərdən daha şən əhval-ruhiyyədə keçməsiylə fərqləndi. Siz də bizə qoşula bilərsiniz.
Aparıcı: Elvin CanTuran

Комментариев нет:

Отправить комментарий