вторник, 15 мая 2012 г.

Kirk Duqlas “Spartak” adlı e-kitab hazırlayır.

"Hollivud"un əfsanəvi aktyoru, 95 yaşlı Kirk Duqlas, “Spartak” adlı e-kitab çıxarmağa hazırlaşır.
Yaşının çoxluğuna baxmayaraq, texnoloji inkişaflardan uzaq qalmayan Kirk Duqlas, iyun ayında məşhur filmi "Spartak”ın e-kitabını bazara təqdim edəcək.
1960-cı il istehsalı olan, Roma İmperatorluğu dövründə bir kölənin haqsızlıq və ədalətsizliyə üsyanından bəhs edən, Stenli Kubrikin “Spartak” filmində Duqlas,  həm oyunçu, həm də prodüser kimi iştirak etmişdi.
Ön sözünü Corc Kluninin yazdığı e-kitab, “Open Road Integrated Media” tərəfindən təqdim ediləcək və səsləndirməsini Kirk Duqlasın oğlu, məşhur aktyor Maykl Duqlas edəcək.

Комментариев нет:

Отправить комментарий