понедельник, 14 мая 2012 г.

Çində Amerikadan çox izlənən "Titanik 3D" Kamerona yeni iş imkanları açdı

Titanik aprel ayında, 14 il sonra, 3D versiyasıyla yenidən gündəmə gəldi. Çində 120 milyon dollarlıq gəlir əldə edərək, Amerikadakı hasilatını geridə qoyan film, “2-ci Beynəlxalq Pekin Film Festivalı”na qatılan, Ceyms Kameronu da xoşbəxt edib. Hətta rejissor festivalda, 3D texnologiyasının müzakirə edildiyi bir seminarda, Çində çalışmaq istədiyini də ifadə edib.

Kameron,Çində film bazarına daxil olmaq üçün, texnologiya tədarükçüsü və film prodüseri kimi, özünə iki fərqli istiqamət tapıb.
Bu planın bir parçası olaraq Kameron, 3D vəsait istehsal edən “Cameron Pace”in  başçısı olaraq, “The Art of War” adlı Çin istehsalı olan filmlə, əməkdaşlıq edəcəyini açıqlayıb.
Ceyms Kameron həmçinin, istehsalın gizliliyi zəmanətlənsə, “Avatar 2”nin istehsal mərhələsinə, Çindən bir şirkəti də daxil etmək istəyir.
"Avatar"ın 2009da böyük bir müvəffəqiyyət əldə etməsinin ardından, Kameron filmin rejissor və prodüseri olaraq, 2 davam filmi çəkmək istədiyini  açıqlamışdı.

Комментариев нет:

Отправить комментарий