четверг, 3 мая 2012 г.

Dərviş Parisi partladır (məlumat və səssiz fraqment - doğru cavab)

Dərviş Parisi partladır.Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.







Film haqqında məlumat:


Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan(Sergey Yurski) mülkədar Hətəmxan ağanın(Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi(Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz Fraqmentin doğru cavabı:

Çapar: Müsyo Jordan, sizə məktub var.
M.Jordan: Kimdəndir?
Çapar: Təbrizdəki fransız konsulundan. Cənab canişin buyurdu sizə bildirim ki,sabah Araz sahilində sizi fayton gözləyəcək cənab Müsyo Jordan
M.Jordan: aa 
Çapar: Cənab, canişinə nə xəbər edim? Ay haray, kömək edin....

Комментариев нет:

Отправить комментарий