воскресенье, 6 мая 2012 г.

Təhminə (məlumat və səssiz fraqment - doğru cavab)

Təhminə (Təhminə və Zaur).Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.









Film haqqında məlumat:

Filmdə Zaurla(Fəxrəddin Manafov) Təhminənin(Meral Konrat) uğursuz məhəbbət tarixçəsindən bəhs olunur.

Festivallar və mükafatlar.

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi
-Quruluşçu rejissor Rasim Ocaqov ən yaxşı rejissor işinə görə Priz almışdır.
-Aktrisa Zərnigar Ağakişiyevaya ən yaxşı qadın roluna görə Priz verilmişdir.
Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Təhminə: Sənin qanın niyə qaradır Zaur? Bir şey olmayıb ki?
Zaur: Yox...Gəl gedək burdan.
Təhminə: Niyə Zaurum? Bura xoşuna gəlmir?
Zaur: Zaurum…Onun yanında mənnən heç danışmırsan da. Nədi,qorxursan ondan?
Təhminə: Sən bunu ciddi deyirsən?

Комментариев нет:

Отправить комментарий