понедельник, 7 мая 2012 г.

"24 Kadr" verilişi (10.04.12)

CTV-də yayımlanan, filmlərlə bağlı veriliş. İkinci verilişdə yarışmada 5 tamaşaçı iştirak etdi. Sevinc xanım, “Alma almaya bənzər” filminin ssenarisinə maraqlı əlavələr etsə də qalib ola bilmədi. Ötən verilişdə də iştirak edən Rasim bəy isə, özünün dili ilə desək, bu dəfə daha uzağa getdi.”Bizim Cəbiş müəllim” filmindən olan fraqmenti düzgün səsləndirə bilməyən Rasim,ümidlərini üçüncü verilişə saxladı. 

3-cü tamaşaçımız Azad isə, ümumiyyətlə “Dərviş Parisi partladır” filminə baxmadığını bildirdi. Hətta bu filmin xarici film olduğunu da iddia etdi. Digər tamaşaçımızın da adı Sevinc idi. O,təqdim olunan filmin “Uzaq Sahillərdə” filmi olduğunu tapsa da, düzgün cavab verə bilmədi. Sonuncu tamaşaçımız Rəşidə xanımın bəxtinə isə, “Ögey ana” filmi düşdü. Doğru cavaba qismən yaxınlaşsa da, o da oyunu məğlub kimi tərk etdi. Bundan başqa, efir müddətində, Şəbnəm Əliyevanın, "Kuklalar" filmi haqqında hazırladığı sujet tamaşaçılara məlumat verildi.
Aparıcı: Elvin CanTuran



Комментариев нет:

Отправить комментарий