четверг, 3 мая 2012 г.

Bizim Cəbiş müəllim (məlumat və səssiz fraqment - doğru cavab)

Bizim Cəbiş müəllim. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.







Film haqqında məlumat:



Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz Fraqmentin doğru cavabı:

Qadın: Bəh,bəh,bəh. Kül o faşistlərin başlarına ki,sən onların başlarında yumurta sındıracaqsan. 
Makedon: Tanya evdədir?
Qadın: Salamın harda qaldı, ay cüvəllağı? Eybi yoxdur?orda sənə ədəb-ərkanla oturub-durmağı öyrədərlər.
Makedon: Suğra xala, Tanya evdədir?
Qadın: Tanyanı neynirsən, ade hey,  öz tayıvı tap ha..


Комментариев нет:

Отправить комментарий