Dördüncü efir günündə,3
tamaşaçı ilə oynadıq. Nurlan,verilişimiz ərzində,ikinci mərhələdə oynayan və qalib olan ilk oyunçu kimi verilişin
tarixinə adını yazdı. Belə ki o, ilk mərhələdə "Yuxu" filmindən səssiz fraqmenti düzgün
səsləndirərək,ikinci mərhələyə keçid aldı. Bu mərhələdə isə,
"Qaynana" filmindən olan fraqmentin davamını tapmaqla,tamaşaçımız
ilkə imza atmış oldu.
İkinci tamaşaçımız Rəşidə xanım da, adını qazananlar siyahısına yaza bildi. "Bəyin
oğurlanması" filmindən olan fraqmenti düzgün səsləndirən xanım tamaşaçı da
qalibiyyət sevinci yaşadı. Üçüncü və sonuncu tamaşaçımız, Cəlilabaddan qoşulan
Günel xanım isə, "Yeddi oğul istərəm" filmindən fraqmenti düzgün
səsləndirə bilmədi.
Комментариев нет:
Отправить комментарий