четверг, 3 мая 2012 г.

Alma almaya bənzər (məlumat və səssiz fraqment - doğru cavab)

Alma almaya bənzər. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.











Film haqqında məlumat:


Filmin baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə(Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Yaşlı kişi: Biz iş üçün gəlmişik,amma bilmirik haradan başlayaq?
Mütəxəssis: Lap əvvəldən başlayın.
Yaşlı kişi: Dominantdan danışma ha.
Təhqiqatçı: Sən darıxma. Deməli belə,illər uzunu apardığımız təcrübələr yolu ilə,daha doğrusu,dəfələrlə calaq vurmaq,peyvənd etmək,tozlandırmaq və cücərtmə vasitəsiylə..
Mütəxəssis: Müxtəsər..
Təhqiqatçı: Biz yeni alma sortu yetişdirmişik,bu elmdə çevrilişdir..

Комментариев нет:

Отправить комментарий