Dədə Qorqud. Yəqin ki
filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə
izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda
məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə,
buyurun.
Film haqqında məlumat:
Film haqqında məlumat:
Filmdəki hadisələrin
mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq
keçmişi, adət və ənənələri barədə danışılır.
Dədə Qorqud(Həsən Məmmədov) saysız-hesabsız insan
fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları
başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.
Kino əsəri canlı döyüş meydanını
bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq
qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz".
Filmdə vətənə məhəbbət,
dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.
Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.
Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.
Səssiz fraqmentin doğru cavabı:
Beyrək: Əlin qurusun,barmaqların çürüsün,ay donuz oğlu donuz,heç donuz da,öküzə ox atar?
Ox atan şəxs: Hey,dəli ozan,sən hardan gəlib çıxdın? Sən kimsən ki mənə belə-belə sözlər söyləyirsən?
Комментариев нет:
Отправить комментарий