среда, 16 мая 2012 г.

O qızı tapın (məzmun və səssiz fraqment - doğru cavab)

O qızı tapın. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.







Filmin məzmunu:



Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı, ehtiyyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Qız: Məhəlləniz hələ qurtarmayıb?
Oğlan: Yox!
Qız: O bizim evin yanında qurtaracaq hə?
Oğlan: Mən bilmirəm sizin eviniz hardadır.
Qız: Mən çatmışam.
Oğlan: Mənim bir sualıma cavab ver.
Qız: Adım nədir hə?
Oğlan: Yox. Onsuzda sən mənə nə ad istəsən deyə bilərsən
Qız: Yaxşı,nə istəyirsən?
Oğlan: Əgər mənim sənin kimi  bacım olsaydı, ondan soruşardım ki, gecənin bu vaxtı hardan buyurur?
Qız: İmtahandan gəlirəm.
Oğlan: Hardan? Saatın var?
Qız: Yox,yoxdur.
Oğlan: Birə işləyib. Heç gecənin bu vaxtı da imtahan verərlər?
Qız: O baxır ki nədən imtahan verirsən!

Комментариев нет:

Отправить комментарий