четверг, 3 мая 2012 г.

Uzaq sahillərdə (məlumat və səssiz fraqment - doğru cavab)

Uzaq sahillərdə.Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.








Film haqqında məlumat:



Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya vəYuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.
1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
-Filmə Diplom verilmişdir.
-Bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II Mükafat verilmişdir. Daha ətraflı məlumat üçün bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Zabit: Atışmanı saxlayın. Bu evin sahibi kimdir, yanıma gətirin. aa sənsən..Çardağa çıxıb ona de ki, 5 dəqiqədən sonra,bu evi alt-üst edəcəyəm. Qoy təslim olsun..

Комментариев нет:

Отправить комментарий