Babək.Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə
izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda
məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq
istəyirsinizsə, buyurun.
Film haqqında məlumat:
24 Kadr verilişinə qoşulmaq
üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.
Film haqqında məlumat:
Filmə quruluş vermək öncə
kinorejissor Həsən Seyidbəyliyə həvalə edildi. Lakin burada iki
ziddiyyətli variant görünür:
1)Böyük həvəslə tarixi bir əsərə quruluş verməyə hazırlaşan rejissor
fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü
aparmağa başlayır. Bədii Şuranın
təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərlə bağlı
Həsən Seyidbəyli sənət həyatında ilk dəfə olaraq qadağa ilə üzləşir. Qadağa isə
ondan ibarət idi ki, "Babək" filminin çəkiliş prosesi ondan alınaraq
kinorejissor Eldar Quliyevə tapşırılırdı.
2)Filmin çəkilişi ərəfəsində Həsən Seyidbəyli səhhəti ilə bağlı
xəstəxana şəratində müalicə olunurmuş. Müalicə
müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli, gözlənilmədən fikrini
dəyişmiş və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina etmişdir. 1980-ci
ilin yayında isə o, dünyasını dəyişir. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.
Səssiz fraqmentin doğru cavabı:
Oğlu: Bağışla məni. Xahiş edirəm, məndən heç bir şey soruşma. Nə olubsa, hamısını bilirsən.On minlərlə igidlərimiz orda, Həmədanda, o uğursuz şəhərin qapılarında həlak oldu.
Babək: Amma mənim oğlum, sağ-salamat qaldı.
Oğlu: Misilsiz bir qırğın ata, kim ki öldürürdü gözlərində vəhşət vardı,kim ki ölürdü, gözlərində dəhşət vardı.
Babək: Amma mənim oğlum sağ-salamat qaldı.
Oğlu: Düşmən sayca bizdən qat-qat üstün idi ata. Onların ilan dilli haça nizələri...
Babək: Amma Babəkin oğlu, sağ-salamt qaldı?
Oğlu: Mən düşmənə arxa çevirmədim ata, əgər bəxtim gətirdi, sağ qaldımsa, bunu günah kimi, mənim ayağıma yazma.
Комментариев нет:
Отправить комментарий