воскресенье, 6 мая 2012 г.

Evlənmək istəyirəm (Papaq) (məlumat və səssiz fraqment - doğru cavab)

Evlənmək istəyirəm (Papaq).Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.







Film haqqında məlumat:



Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır.
Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Əhməd bəy: Mirzə, mənim kağızımı yaz, aparım.
Mirzə: Gözlə, bu saat yazaram. Əlimdə özgə iş var.
Əhməd bəy: Sən yəqin məni yaxşı tanımırsan mirzə...Mən, Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam.
Mirzə: Gözlə..
Əhməd bəy: Bilirsən, mən Həsən ağanın qohumuyam.
Mirzə: Doğrudan Həsən ağanın qohumusan?
Əhməd bəy: Doğrudan.
Mirzə: Sən Allah, Həsən ağanın qohumusan?
Əhməd bəy: Vallah Həsən ağanın qohumuyam.
Mirzə: Sən Hz.Abbas, Həsən ağanın qohumusan?
Əhməd bəy: Hz.Abbas haqqı,Həsən Ağanın qohumuyam.
Mirzə: Deginən sən öl Həsən ağanın adamıyam?
Əhməd bəy: Sən öl Həsən ağanın adamıyam.
Mirzə: Onda gəl min boynuma. Neynəyim Həsən ağanın qohumusan? Gözlə vaxtında kağızın hazır olar,apararsan.

Комментариев нет:

Отправить комментарий