Beşinci verilişin ilk
iştirakçısı, Nurlan bəy oldu. Ötən dəfə əldə etdiyi uğuru təkrarlamaq,hətta
üçüncü turda oynamaq arzusu olan Nurlanın rastına Babək çıxdı. Daha doğrusu
"Babək" filmi. Bu filmin efirlərdə az verildiyini deyən Nurlan,düzgün
cavabı tapa bilmədi. İkinci iştirakçımız olan Rasim bəy isə, doğru cavaba çox
yaxın olsa da, dialoqdakı məntiqi uyğunsuz luq onun qalib olmasını əngəllədi.
Rasim bəy "Papaq" (Evlənmək istəyirəm) filminə bir də baxmalı olacaq.
Üçüncü iştirakçımız Leyla xanım isə "Təhminə" (Təhminə və Zaur)
filmindən göstərilən kadrı görüncə,dəstək əlindən düşdü. Oyunumuz Fəridə
xanımla davam etsə də fraqmenti dəyişmədik. Buna baxmayaraq bu iştirakçımız da
sevgi dialoqu qura bilmədi. Beləliklə, bu həftə qalibimiz olmadı.
Комментариев нет:
Отправить комментарий