Ölsəm bağışla. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə
izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda
məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq
istəyirsinizsə, buyurun.
Filmin məzmunu:
24 Kadr verilişinə qoşulmaq
üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.
Filmin məzmunu:
Film məhəbbət və
ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis
əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını
sərtləşdirir. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif (Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur
ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə
gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?
Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.
Səssiz fraqmentin doğru cavabı:
Qız: Daha
hirslənmirsən ki?
Oğlan:
Yoox.
Qız: Heç
bir tikə də?
Oğlan:
Heç bir tikə də.
Qız: Onda
de görüm, Orda,restoranda,əlivi cibivə atanda, heç məni fikirləşmədin?
Fikirləşmədin ki, Allah eləməsin,bir şey olsaydı,mən,tək-tənha qala bilərdim?
Oğlan:
Ona görə restorandan getdik də.
Qız:
Bir şeyi yadından çıxartma. İndi mənim səndən başqa,heç kəsim yoxdur,heç kəsim.
Başa düşürsən?
Oğlan:
Hə.
Qız:
Bir də yalvarıram, o tapançanı tulla.
Oğlan:
Necə yəni tulla?
Qız:
Özün söz vermişdin. Vaqonda, yadındadır?
Oğlan:
Yaxşı.
Qız:
Yox. İndi,qurbanın olum,indi tulla.
Oğlan:
Daha burda yox ki.
Qız:
Onda ver mənə.Əgər sən məni,bir balaca da olsa istəyirsənsə,onda qoy məndə
qalsın.
Oğlan:
Aha
Комментариев нет:
Отправить комментарий