Daniel Kreyq, İstanbuldakı
ilk axşamında Nişantaşı Köşebaşı restoranında olub. Məşhur aktyor mühafizəçi ordusuyla getdiyi məkanda yeməklərdən dadıb. Təhlükəsizlik səbəbiylə, xüsusi olaraq vəzifələndirilən bir qarson Kreyqə xidmət edib. Daha sonra aktyor, məkan qapısında
jurnalistlərin gözlədiyini öyrənincə, dəliyə dönüb.
Kreyq personalı
günahlandırdı.
Medianı, məkan sahibinin çağırdığını sanan Kreyq, burada çalışanları
günahlandırıb. Personal isə,
xəbəri bir müştərinin, Twitterdən yaydığını söyləyib. Məşhur aktyor üçün mühafizəçiləri çıxışda tədbir
görüb. Bir mühafizəçinin isə, kamera və obyektivlərə fənər tutaraq
görüntü alınmasına əngəl olmağa çalışdığı bildirilir.
“Klintonu tanımadıq Bondu haradan tanıyaq?”
Daniel Kreyqin "Burada
olduğumu mediaya siz xəbər verdiniz" deyə günahlandırdığı Köşebaşı
Restoranın sahibi Əli Akkaş, Ceyms Bonda hirslənib bu şərhi edib: "Bura Klinton Ailəsi gəldi, onları tanımadıq, Bondu haradan
tanıyaq?"
Kreyq olay yerindən ayrıldıqdan
sonra, kameralara fənər tutan mühafizəçi,jurnalistlərdən üzr istəyib. "Sizdən
üzr istəyirəm, belə bir şey etmək istəməzdim, amma mən işimi gördüm"
Комментариев нет:
Отправить комментарий