суббота, 5 мая 2012 г.

Azərbaycanlı rejissorun diplom işi "Oskar"a namizəddir.

Almaniyada yaşayan həmvətənimiz, gənc rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” (“The swinq of the coffin maker”) adlı qısametrajlı bədii filmi tələbə “Oskar” mükafatına təqdim olunub. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, film “İngilis dilində ən yaxşı film” nominasiyasında yarışır və seçim mərhələsini keçərək artıq beşliyə daxil olub.

Ata və oğul arasındakı münasibətlərdən bəhs edən ekran əsərində tanınmış aktyorlar Şamil Süleymanlı və Rasim Cəfərov çəkilib.


Builki tələbə “Oskar”ı üçün 29 ölkədən 51 film təqdim olunub və onlardan da 5 ekran əsəri seçilib. Bu beşlikdə Elmar İmanovun filminin yer alması Azərbaycan kinosevərləri üçün böyük fəxrdir.


1998-ci ildən Almaniyada yaşayan həmvətənimiz Köln Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. “Tabutçunun yelləncəyi” filmi onun diplom işidir. Bu ekran əsəri Almaniyanın Postdam şəhərində keçirilən 41-ci Beynəlxalq tələbə filmləri festivalında da iştirak edib.

Комментариев нет:

Отправить комментарий