суббота, 5 мая 2012 г.

Bəyin oğurlanması (məlumat və səssiz fraqment - doğru cavab)

Bəyin oğurlanması.Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.








Film haqqında məlumat:



Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Daha ətraflı məlumat üçünbu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Ana: Bilirsən nə üçün soruşdum? Belə bir kino var, o gün televizorda görsədirdilər. Qız oğlana deyir ki, Anton, yox Anton yox, Antoni,Antoni, sən mənim ürəyimi yaralamısan. Bu da ona əvəzində deyir ki, ay mənim əzizim, ay mənim söygülüm, (maç) bir dənə də sora söygülüm deyir, qəşş eliyir ürəyi gedir,oxaaay
Oğul: Ay ana, bəsdir də, yığışdır bu söhbətləri, sən dediyin xarici kinolarda olur, bizdə olanda da hərdən bir,elə-belə  eliyirlər də, yalandan..

Комментариев нет:

Отправить комментарий