Dağlarda döyüş. Yəqin ki
filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə
izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda
məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə,
buyurun.
24 Kadr verilişinə qoşulmaq
üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.
Filmin məzmunu:
Hərbi-vətənpərvərlik
filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq
durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn
məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin
hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə II Dünya
müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq
vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli
aqibətindən də söhbət açılır. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.
Səssiz fraqmentin doğru cavabı:
Ata: Sizin zastavanın
yanındakı, o viranə kənddənəm. Orda mənim evim vardı,ailəm vardı. Bir oğlum
vardı. Yaxşı yadımdadır, dizimin üstə çıxıb,saçlarımı qarışdırardı. Sonra
soruşardı. “Alnına nolub ata?” Deyərdim, şeytan balası cırmaqlayıb. Bax.
Oğul: Yalandır. Yalan deyirsən.
Yalan deyirsən. Mənim atam ölüb. Mənim atam ölüb.
Комментариев нет:
Отправить комментарий