вторник, 15 мая 2012 г.

Mənim ağ şəhərim (məzmun və səssiz fraqment - doğru cavab)

Mənim ağ şəhərim. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.








Filmin məzmunu:



Filmin mərkəzində iki sevən gəncin faciəli taleyi durur. Sumqayıtın ekoloji mühiti filmdə öz əksini tapmışdır. Sovet hökümətinin süqutundan sonra "yeni dövran"da köhnədən qalmış problemlər hələ də davam edir. Filmdə adı deyilməsə də, Sumqayıt olduğu anlaşılan bu şəhərdə, xüsusilə də zəhərli zavodların yanında yaşayan insanların yeni nəsli şikəst və xəstə olaraq doğulur. Geniş simvolik ifadələrə yer verilən filmdə maraqlı yuxu səhnələri də yer almaqdadır. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Qız: Yağışı mən xoşlayıram.
Oğlan: Mənimsə belə havada ürəyim sıxılır.
Qız: Yağışdan sonra,ətrafda hər şey təzələnir. Bu yağış heç kəsənə oxşamır. Daha gecdir. Evdə səni gözləyirlər.
Oğlan: Sən istəyirsənki mən gedim?
Qız: Hə,axşamlar bizim evin yolunu, heç mən özüm tapa bilmirəm. Bir də ki, bizim məhəllənin quduz itləri çoxdur.
Oğlan: Mən quduz itlərdən qorxmuram.

Комментариев нет:

Отправить комментарий