среда, 2 мая 2012 г.

O olmasın,bu olsun (məlumat və səssiz fraqment - doğru cavab)

O olmasın,bu olsun. Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.










Film haqqında məlumat:


Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər(Arif Mirzəquliyev) və Gülnazın(Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Daha ətraflı məlumat üçün bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Məşədi İbad: Xanım,sənin ki saçların belə qaradır,yəqin sən də mənim kimi,həna qoyursan hə?
Qız: Xeyr,həna qoymuram,mənim başım hələ ağarmayıb ki...
Anası: Qocalmayıb ki həna qoysun
Məşədi İbad: Xeyr xeyr xanım,mənim də saçlarım ağarmayıb. Mən saqqalıma həna qoydum,qoymadım,həmişə qapqara şəvə kimidir.

Комментариев нет:

Отправить комментарий