суббота, 5 мая 2012 г.

Yuxu (məlumat və səssiz fraqment - doğru cavab)

Yuxu.Yəqin ki filmi, diqqətlə izləmisiz. İndi sizə, filmdən bir epizod təqdim ediləcək. Diqqətlə izləyib,obrazların nə dediklərini, yadınıza salmağa çalışın. Film haqda məlumatdan sonra,doğru cavabı da görə bilərsiniz. Özünüzü yoxlamaq istəyirsinizsə, buyurun.
24 Kadr verilişinə qoşulmaq üçün, hər həftənin çərşənbə axşamı, saat 18:30-da, CTV-ni izləyin.








Film haqqında məlumat:



Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas(İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır... Və istədiyinə nail olur.
-Film quruluşçu operator Valeri Kərimovun kinoda son işidir.
-Filmin çəkilişlərinə Buzovna qəsəbəsi sakinləri köməklik göstərmişdir. Daha ətraflı məlumat üçün, bu linkə daxil olun.

Səssiz fraqmentin doğru cavabı:

Rəis: Ayə adama neçə dəfə deyərlər ki o xarabaya asvalt basdırın? Adə gündə 40 dəfə düşür o xarabaya. Bu tır-tırın səsindən lap təngə gəlmişəm, get axırıncı dəfə kömək elə,onu çıxart,bir də buralara hərlənməsin. 

Комментариев нет:

Отправить комментарий